Məşhur aktrisa suda doğdu - FOTOLAR


Yanvarın 18-də övladını suda doğuş üsulu ilə dünyaya gətirən model və aktrisa Leyla Lidiya Tuğutlu həmin anları izləyiciləri ilə bölüşüb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2008-ci ildə “Miss Türkiyə” seçilən model və aktrisa Leyla Lidiya Tuğutlu 2017-ci ildən eşq yaşadığı sevgilisi aktyor Ceyhun Erginlə 20 iyul 2022-ci ildə Almaniyada ailə həyatı qurub. Yanvarın 18-də oğullarına qovuşan cütlük ilk dəfə ana-ata olmaq sevincini yaşayıb. Oğluna Evren Deniz adını qoyan Tuğutlu, doğuş zamanı dərmansız və müdaxiləsiz övladına qovuşduğunu açıqlayıb.

Hələlik həmkarlarından fərqli olaraq körpəsinin üzünü göstərməyə üstünlük verməyən Tuğutlu “2023-ün bizə hədiyyəsi” deyərək paylaşım edib. “Əvvəlcə oğluma təşəkkür etməliyəm, mənə rahat hamiləlik yaşatdığı üçün. Daha sonra həyat yoldaşıma verdiyi dəstəyə görə".

Tuğutlu, "Bütün qadınların təbiətində olan bədənlərinə və körpələrinə tam etibar etdiklərini xatırlayın. Digər bir məsələ də bu müddət ərzində mənim üçün ən yaxşı doğum yolunu və həkimi tapmaq idi. Tanış olduğumuz gündən doğru insanlarla doğum mənə çox rahatlıq verdi" - deyə bildirib.

"Çox həyəcanlı və çox xoşbəxtik. Mən də, körpəm də çox sağlamıq. Bundan sonra həyatımızda tamamilə yeni bir dövr başlayır" - deyə məşhur aktrisa qeyd edib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu