Arutyunyanın bu açıqlamasının arxasında Rusiya və İran xüsusi xidmət orqanları dayana bilər - Natiq Cəfərli


Son günlər Ukraynadan bəzi dronların (silahların) Ermənistana ötürülməsi ilə bağlı məlumatlar tirajlanır. İlkin istinad mənbəyi Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlamaları olsa da, məncə, burada daha dərin məqsədlər və məqamlar var.


AFN.az xəbər verir ki, bunu REAL sədrinin müavini Natiq Cəfərli deyib. Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyan bildirib ki, Ukrayna erməniləri Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndəriblər. O, deyib ki, bu hərbi texnika Varşava-İrəvan reysi ilə aparılır.

N.Cəfərlinin sözlərinə görə, Hovakim Arutyunyanın bu açıqlamasının arxasında Rusiya və İran xüsusi xidmət orqanları dayana bilər: "Belə olsa, heç təəccüblənmərəm, xəbəri dövriyyəyə buraxmaqla “bir daşla bir neçə quş” vurmaq istəyirlər. Birincisi, Azərbaycan xalqında, cəmiyyətində ictimai rəyə təsir göstərmək, Ukrayna xalqının haqlı mübarizəsinə bizim toplumun göstərdiyi dəstəyi sarsıtmaq, Ukrayna əlehinə mənfi rəy formalaşdırmaq. İkincisi, daha dərin məsələlərdən biri odur ki, İran və Rusiya Ermənistana gizli yollarla dron, silah ötürürülərsə (məncə, ötürürlər), sabah bu üzə çıxanda, Azərbaycan tərəfi bununla bağlı iradlar bildirməyə başlayanda İran və Rusiya “3 meymunu” oynayaraq deyəcəklər ki, bu bizlik deyil, ukraynalılar bu silahları hərbi qənimət kimi əldə edib Ermənistana ötürüblər".
Ekspert bildirib ki, Azərbaycanın əlaqədar dövlət orqanları bu məsələni diqqətlə saxlamalı, Rusiya və İranın belə oyunlarını üzə çıxarmaq üçün çalışmalıdırlar: "Azərbaycan tərəfi rəsmi olaraq Ukraynaya da müraciət etməlidir ki, Hovakim Arutyunyanın açıqlamaları araşdırılsın, döyüşən, vuruşan, öz ərazi bütövlüyü üçün qəhramanlıq nümunəsi göstərən Ukrayna ordusunun silahlarını kim və necə oğurlayıb Ermənistana verir – bu məsələ haqında Kiyev araşdırma, hətta cinayət işi başlamalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu