Rusiya Donetski vurdu: 3 ölü, 2 yaralı


Rusiya Ukraynanın Donetsk vilayətinin Kostiantynivka şəhərini atəşə tutub.


AFN.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, Donetsk qubernatoru Pavlo Kyrylenko hücumdan sonra verdiyi açıqlamada azı 3 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirib. Rusiyanın yaşayış məntəqələrini hədəf almağa davam etdiyini deyən Kyrylenko, hücumda 4 bina, bir otel və çoxlu avtomobilin zərər gördüyünü açıqlayıb.
Bölgəyə göndərilən xilasetmə qruplarının işlərini davam etdirdiyini qeyd edən qubernator “Həm insanlara kömək etmək, həm də rus işğalçılarının torpaqlarımızda törətdiyi növbəti cinayəti ictimaiyyətə göstərmək üçün xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir" - deyə məlumat verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu