İranda azərbaycanlıların hüquq və azadlıqları uğrunda mübarizə aparanların sayı durmadan artır


İranda yaşayan azərbaycanlılarının hüquq və azadlıqları uğrunda mübarizə aparanların sayı durmadan artır.


AFN.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. "1990-cı illərdə jurnalist kimi çalışdığım dövrlərdə İran və Güney Azərbaycan mövzusuyla bağlı məqalə hazırlayanda Arazın o tayını tərk etmiş çox az siyasi dissident tanıyırdım. Bir neçə onilliklər keçdikdən sonra onlarla güneyli fəalı tanıyıram, Azərbaycanda və müxtəlif Qərb ölkələrində yaşayır, siyasi fəallıqlarını davam etdirirlər, üstəgəl internet üzərindən Təbriz və Ərdəbildəki fəallarla da fikir mübadiləm var" - deyə siyasi şərhçi qeyd edib.
"Sözümü ona gətirirəm ki, İranda yaşayan azərbaycanlılarının hüquq və azadlıqları uğrunda mübarizə aparanların sayı durmadan artır. Bu, İranda gələcək dəyişikliklərin çarçısıdır. İndi əsas məsələ Güney Azərbaycan uğrunda mübarizə aparan əsas güclərin birlik nümayiş etdirməsindədir, məqsəd eynidirsə, dərin fikir ixtilafına yer olmamalıdır. Məqsədə çatılsın, sonrasında gələcək gedişatla bağlı fikir ayrılıqları normaldır. Ancaq hələ məqsədə çatılmayıb. Güney Azərbaycanın müxtəlif ölkələrdəki tanınmış fəallarının ortaq məxrəcə gəlməsində rəsmi Bakının da faydalı rolu ola bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu