İranda gizlənən terrorçu Azərbaycana qarşı böhtan dolu açıqlamalar verib


Daim Azərbaycan əleyhinə qərəzli yazılar dərc edən Tehranın “Əllamə Təbatəbayi” Universitetinin analitik saytı İranda gizlənərək Azərbaycana qarşı pozucu fəaliyyət göstərən “Hüseynçilər Hərəkatı” terror təşkilatının media direktoru Orxan Məmmədovdan Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı müsahibə alıb.


Sayt yazır ki, Orxan Məmmədov Azərbaycanda İranı “əsassız ittiham edənlərə” səslənərək iddia edib: “Yadınıza salın ki, hətta Bakıdan idarə olunan terrorçuların törətdiyi Şirazdakı Şahçıraq ziyarətgahına edilən hücum faciəsində də İran yenə də Azərbaycanı ittiham etmədi. Bəs siz heç bir dəlil və sübut olmadan, hətta ağlabatan və məntiqi təhlil olmadan İranı necə suçlayırsınız?”

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu