"Orxanın ölüm xəbərini televizordan eşitdik" - Şəhidin dayısı
Orxanın ölüm xəbərini televizordan eşitdik.
Bunu AzVision.az -a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun dayısı Gündüz Yusifov deyib. "Bu gün Orxanın ölən xalasının ad günü idi. Xalalarını götürüb qəbir üstünə getmişdik. Oğlum zəng edib, dedi ki, səfirliyə hücum olub, deyəsən Orxan yaralanıb. Sonra televizorda öldüyünü bildik. Orxan vətənpərvər, Vətən üçün çalışan şəxs idi. ABŞ-da oxuyub gəlmişdi. Gələndən səfirliklərdə işləyir. Əvvəlcə Moskvada işləyib, sonra İranda. Vətənpərvər, vətən üçün çalışan oğlan olub".
Xatırladaq ki , bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.