Azərbaycanın təhlükəsizlik tədbirlərini artırmağa ehtiyacı var - ŞƏRH


Xəbər verildiyi kimi, bu gün İsrailin müdafiə naziri Yoav Qallantlə Azərbaycanın müdafiə naziri Zakir Həsənov telefonla danışıb.


AFN.az xatırladır ki, telefon danışığı İsrail müdafiə nazirinin təşəbbüsü ilə baş tutub. Nazirlər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. İsrailin müdafiə naziri daha sonra Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə telefonla danışıb. Bu telefon danışığında isə tərəflər sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Politoloq Elxan Şahinoğlu bu telefon zənglərini şərh edərkən bildirib ki, İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsiylə bağlıdır: "İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir. İsrail İrandakı hərbi müəsssisələrə zərbələr endirib. Tehran cavab aksiyası barədə düşünür. Tehran İsraillə yanaşı, Tel-Əvivin bölgədəki tərəfdaşlarına qarşı da təxribat planları hazırlaya bilər. Bu səbəbdən Azərbaycanın həm təhlükəsizlik tədbirlərini artırmağa, həm də bu sahədə tərəfdaşlarıyla əməkdaşlığı genişləndirməsinə ehtiyacı var". Azərbaycanda İranın casus şəbəkəsi neytrallaşdırılır. Ancaq E.Şahinoğlunun sözlərinə görə, İranın 30 ildə Azərbaycanda casus şəbəkəsi ilə yanaşı “yatmış hücrələr” formalaşdırdığı da istisna deyil. "Azərbaycan 30 ilə yaxındır İran agenturasıyla mübarizə aparır, nə qədər həbslər həyata keçirilib, ancaq bu hələ də son deyil" -deyə politoloq qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu