Saakaşvili vəsiyyət etdi - Məni dəfn edərsiz...


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmə iclasında vəsiyyət edib.


AFN.az xəbər verir ki, o, ölümündən sonra Ukraynada dəfn olunmaq istədiyini deyib.
“Qələbəmizə tam əminəm, amma bu qədər yaxın olan bu qələbəni görməsəm, ürəyim Kiyevdə dəfn edilməlidir. O, Ukraynaya məxsusdur”, - deyə Saakaşvili Tbilisidə müalicə aldığı “Vivamedi” özəl klinikasından videobağlantı vasitəsilə iştirak etdiyi məhkəmə prosesində bildirib.
Saakaşvili Ukrayna dilində danışıb. Onun çıxışını məhkəməyə dəvət olunmuş tərcüməçi tərcümə edib. Keçmiş Gürcüstan lideri çıxışı bitdikdən sonra nə qədər pis olduğunu göstərmək üçün Ukrayna köynəyini qaldırıb və qarnını qismən açıb.
Hakim Giorgi Arevadzenin ərzaq və dərmanların olması ilə bağlı sualına Saakaşvili müsbət cavab verib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu