Saakaşvili reanimasiyadadır?


Tbilisidəki “Vivamedi” klinikasına yerləşdirilmiş Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili reanimasiyaya köçürülüb.

AFN.az-ın məlumatına görə, “Mtavari” və “Formula” telekanalları müxalifətçi Georgi Çaladzeyə istinadən belə açıqlama yayıb.
Vivamedi klinikasının direktoru Nino Nadiradze Saakaşvilinin köçürülmədiyini, palatada olduğunu deyib.
Bu gün səhər saatlarında keçmiş prezidentin anası Giuli Alasania Mixail Sakaşvilinin gecə huşunu yenidən itirdiyini və hərarətinin təxminən 39 dərəcəyə yüksəldiyini bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu