Moskvadan aralıda partlayış baş verib
Rusiya Federasiyasının yerli hakimiyyət orqanları paytaxt Moskvadan aralıda pilotsuz uçan aparatın partlaması barədə məlumat yayıb.
AFN.az xəbər verir ki, onun məhv edilməsinin səbəbləri müəyyən edilməyib. Bölgə qubernatoru Vladislav Şapşanın verdiyi məlumata görə, hadisə fevralın 6-na keçən gecə Kaluqa vilayətində baş verib. “Fevralın 6-da səhər saat 5-də Kaluqa yaxınlığında 50 metr hündürlükdə pilotsuz təyyarə partladı".
Rəsmi şəxsin sözlərinə görə, ərazidə dağıntı yoxdur. Partlayış nəticəsində insanlar xəsarət almayıb.
Rusiya mətbuatının məlumatına görə, PUA Kaluqa yaxınlığındakı meşənin üzərində havada partlayıb. Şəhər Moskvadan cəmi 130 kilometr aralıda yerləşir.
M.Vahidli