Rusiya Premyer Liqasının prezidenti UEFA-nın iclasına dəvət edilib


Rusiya Premyer Liqasının prezidenti Aleksandr Alayev UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin iclasına dəvət edilib.


“Report” yerli mətbuata istinadən xəbər verir ki, toplantı aprelin 25-də qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

RPL prezidenti 2022-ci il fevralın 24-dən bəri ilk dəfə UEFA-nın tədbirinə çağırılıb. Bu dəvətə əsasən, Rusiya komandalarının tədricən beynəlxalq arenaya qayıtmaları prosesinə başlanılacağı güman edilir.

Qeyd edək ki, FIFA və UEFA 2022-ci ilin martında Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu