Ukrayna futbol cameəsi FİFA-dan narazıdır
Donetsk “Şaxtyor”unun baş direktoru Sergey Palkin Beynəlxalq Futbol Federasiyasının (FİFA) köməyinin olmamasından şikayətlənib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Palkin Ukraynanın FİFA-dan heç bir dəstək almadığını bildirib. Onun sözlərinə görə, qurumun prezidenti Canni İnfantino Rusiya ilə yaxşı münasibətdədir. "Bəlkə də buna görə ölkəmizdəki vəziyyətə diqqət yetirmək istəmir. Ukrayna futbolu üçün qapıları açmağın vaxtıdır", - deyə funksioner bildirib.
Aprelin 5-də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Aleksander Çeferin bildirib ki, xüsusi əməliyyat bitməmiş Rusiya komandalarının yarışlara buraxılması ilə bağlı nəyisə dəyişmək çətin olacaq. O əlavə edib ki, istənilən halda bu qərar qurumun icraiyyə komitəsində qalır.
2022-ci il fevralın 28-də FİFA və UEFA Rusiya komanda və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Yerli komandalar avrokuboklarda oynamır, Rusiya komandası isə 2022-ci il dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparmaq imkanından məhrum edilib.