Azərbaycan və ABŞ-ın NATO-dakı nümayəndələri görüşüb, İrandakı səfirliyimizə hücum müzakirə olunub


Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-ın Alyansdakı daimi təmsilçisi Julianne Smislə görüşüb.


Bu haqda C.Hüseynzadə tviterdə yazıb.

Tərəflər yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu müzakirə ediblər.

Görüşdə həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu