İqor Klimenko Ukraynanın yeni daxili işlər naziri oldu


Ukrayna Ali Radası helikopter qəzasında həlak olan Denis Monastırskinin yerinə İqor Klimenkonu Ukraynanın daxili işlər naziri təyin edilməsinə səs verib.


AFN.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak bildirib. "Rada İ. V. Klimenkonun daxili işlər naziri vəzifəsinə təyin edilməsini təsdiqlədi", - deyə Jeleznyak telegram kanalında yazıb. O, qeyd edib ki, Klimenkonun təyinatına 321 deputat səs verib.

İqor Klimenkonun bu vəzifəyə təyin edilməsi ilə bağlı təklif çərşənbə axşamı səhər parlamentdə irəli sürülüb, bundan dərhal sonra müvafiq komitə onun namizədliyini dəstəkləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu