Abşeron Milli Parkı 18-ci ildir fəaliyyət göstərir


Abşeron Milli Parkının yaradılmasının 18-ci ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə milli parka “Şah Dilini gördüm-bəyəndim” adlı məktəbli turu təşkil edilib.


Məktəblilərin milli parkla tanışlığı quşların müşahidəsi ilə başlayıb. Ornitoloq, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisi Abdin Abbasov Azərbaycan ərazisində qışlama dövrü keçirən ornitofauna növləri haqqında, o cümlədən Abşeron Milli Parkında qışlayan quşlar barədə şagirdlərə məlumat verib.

Sonra məktəblilər komandalara bölünərək Azərbaycan təbiətinə aid sualları əhatə edən bilik yarışmasına qoşulub və yarışmada fəal iştirak edən iştirakçılara hədiyyələr təqdim olunub.

“Şah Dilini gördüm-bəyəndim” adlı məktəbli turu Şah Diliyə səyahətlə yekunlaşıb.

Xatırladaq ki, Abşeron Milli Parkı 8 fevral 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu