Tovuzda qəza - 2 nəfər öldü


Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AFN.az-a bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Əlimərdanlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkətini bərpa edib. İlkin araşdırmalar nəticəsində VAZ 21011 markalı avtomobil ilə "Mitsubishi Pikap" markalı avtomobil toqquşub. VAZ markalı avtomobildə olan 4 nəfərdən 2-si xəsarət alıb, 1 qadın və 1 kişi ölüb. Hazırda yaralıların və ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı əlavə məlumat veriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu