Seyran Ohanyan həbs ediləcək - Parlament qərar verdi


“Ermənistan” müxalifət fraksiyasının lideri Seyran Ohanyan deputat toxunulmazlığından məhrum edilib. Beləliklə, istintaq orqanı Oqanyanı cinayət işləri üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək imkanı əldə edəcək.


Parlamentdə səsvermə prosesində yalnız hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri iştirak edib. Onların hamısı S.Ohanyanın Baş Prokurorluğun qaldırdığı vəsatətin lehinə səs verib.
Baş Prokurorluq parlamentdə müxalifət deputatları Seyran Ohanyan və Armen Çarçyanın cinayət işində ittiham olması üçün toxunulmazlıq statusundan məhrum edilməsi barədə vəsatət qaldırıb.
Sabiq müdafiə nazirinin üç ittiham üzrə cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilir. Ermənistan Milli Məclisinə təqdim edilmiş materiallarda qeyd edilir ki, Seyran Ohanyan müdafiə naziri işlədiyi dövrdə hərbi hissələrin torpaqlarını qanunsuz satıb, sonradan torpaq sahələrinin yenidən satılmasına və ya banklara girov qoyulmasına və məbləğin mənimsənilməsinə yol verib.
Nəticədə, dövlətə təxminən 5,9 milyard dram məbləğində ziyan dəyib.
Seyran Ohanyan bu iddiaları uydurma adlandırır və hesab edir ki, hökumət ictimaiyyəti bugünkü müdafiə problemlərindən yayındırmaq üçün keçmişlə bağlı hay-küy salır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu