Seyran Ohanyana cinayət işi açıldı
![](/uploads/posts/2023-02/1676280377_ohanyan.jpg)
Keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının lideri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
AFN.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası Baş Prokurorluğa istinadən məlumat yayıb.
Fevralın 8-də Ermənistan parlamenti Ohanyana qarşı cinayət təqibinə icazə verib. O, deputat toxunulmazlığından məhrum edilib. Baş prokurorun sözlərinə görə, 2008-ci il aprelin 14-dən 2016-cı il sentyabrın 9-dək müdafiə naziri vəzifəsində çalışmış Ohanyan xüsusilə külli miqdarda mənimsəmədə və xüsusilə külli miqdarda israfçılıqda və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
M.Vahidli