İskenderun sahillərini basan dəniz suyu çəkildi - FOTO


Türkiyədə zəlzələdən sonra Hatayın İskenderun şəhərində dəniz səviyyəsinin qalxması ilə küçələri basan sular çəkilib.


Qeyd edək ki, bölgədə sahil yolunda dənizin səviyyəsi qalxmış, təxminən 200 metr məsafədə irəliləyən dəniz suyu bəzi rayonlarda binaların dördüncü mərtəbəsinə qədər qalxmışdı. Sahil zolağındakı iş yerlərini, küçə və prospektləri su basmış, banklar və iş yerləri boşaldılmışdı.

Nəhayət bu gün dəniz suyu sahildən geri çəkilib, yerində isə palçıq qalıb. Ancaq sahilə yaxın yollarda su gölməçələri yaranıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu