Mərmərə dənizi sahildən 15 metr uzaqlaşıb


İstanbulun qərb hissəsindəki Avcılar rayonu yaxınlığındakı Mərmərə dənizi sahildən təxminən 15 metr geriləyib.


Musavat.com bildirir ki, "Haber 7”-nin məlumatına görə, Altınova və Tekirdağ şəhərlərinin ərazisində dəniz sahildən 25 m məsafəyə qədər çəkilib. Çəkilən sular "Kral Yolu" kimi tanınan qayaları üzə çıxarıb. Kandilli rəsədxanası bu hadisənin son zəlzələlərlə bağlı olmadığını, təzyiqin düşməsi ilə bağlı olduğunu bildirib.

Tekirdağ Universitetinin müəllimi Namiq Kamal, dosent Emre Özşahin Mərmərə dənizinin hər il sahildən çəkildiyini qeyd ediblər və “qorxulu heç nə olmadığını” vurğulayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu