Nobel Sülh Mükafatı laureatı Türkiyədə 50 ev tikəcək


Nobel Sülh Mükafatı laureatı Təvəkkül Karmanın başçılıq etdiyi “Tawakkol Karman Foundation” Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 50 ev tikəcəklərini açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Yəmənin “Belqees” TV-sinə müsahibə verən Yəmən vətəndaşı, ictimai fəal, xanım Karman tikiləcək evləri yəmənlilərin Türkiyə ilə həmrəylinin göstəricisi adlandırıb. Təvəkkül Karman binaların AFAD-ın vasitəsilə tikiləcəyini qeyd edib.

Təvəkkül Karman Yəməndəki inqilabın beynəlxalq siması sayılır. Onu Yəmən xalqı “Dəmir qadın” və “İnqilab anası” adlandırır. T.Kamran 2011-ci ildə Ellen Conson Sirlif və Leymah Qbovi ilə birlikdə Nobel Sülh Mükafatını alıb. O, Nobel Sülh Mükafatını alan ilk yəmənli, ilk ərəb qadını olmaqla yanaşı, bu mükafatı alan ikinci müsəlman və ən gənc qadın olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu