Lukaşenko Nobel mükafatı laureatını həbs etdirdi


Minsk şəhərinin Lenin Rayon Məhkəməsi belaruslu hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Ales Belyatskini on il müddətinə azadlıqdan məhrum edib.


AFN.az xəbər verir ki, Belyatski ilə birlikdə onun “Vesna” hüquq müdafiə təşkilatından olan həmkarları da mühakimə olunub. Valentin Stefanoviç 9 il, Vladimir Labkoviç 7 il, qiyabi mühakimə olunan Dmitri Solovyov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri 2020-ci ildə Aleksandr Lukaşenkoya qarşı etirazları maliyyələşdirməkdə və pul qaçaqmalçılığında təqsirli bilinir. Onlar özlərini təqsirli bilməyib və ittihamların siyasi xarakter daşıdığını bildiriblər.
Qeyd edək ki, Belyatski ötən il, Belarus istintaq təcridxanasında olan zaman Nobel mükafatı laureatı adına layiq görülüb. Mükafat Beliatskinin həyat yoldaşı Natalya Pinçuka təqdim edilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu