Son sutkada Azərbaycanda 16 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 828 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 007 nəfər müalicə olunaraq sağalıb, hazırda 145 aktiv xəstə var. Bu günə qədər 10 099 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 871, bu günə qədər isə ümumilikdə 7 507 868 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu