NATO-nun baş katibi Türkiyəyə gedir
NATO-nun baş katibi Yens Stoltenberq Alyansın həmrəylik mesajını çatdırmaq üçün sabah Türkiyəyə səfər edəcək.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Stoltenberq səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Fevralın 6-da Türkiyədə baş verən və güclü dağıntıya, on minlərlə insanın ölümünə səbəb olan zəlzələ ilə bağlı dünyanın bir çox ölkələrindən dəstək gəlməkdədir. Həmçinin beynəlxalq təşkilatlar da bu dəstəyə qoşulublar. Artıq bir çox dövlətlərin prezidentləri və beynəlxalq təşkilatların rəhbər şəxsləri bu ölkədə olublar.