İƏT-in Baş katibi Türkiyəyə səfər edəcək


Türkiyədə böyük dağıntı və tələfata səbəb olan güclü zəlzələdən sonra xarici dövlətlərin, beynəlxalq təşkilatların rəhbərlərinin ölkəyə səfərləri davam edir.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Tahanın Türkiyəyə səfəri başlayır. İki gün davam edəcək səfər çərçivəsində Baş katib zəlzələ bölgəsində də olacaq.

Səfər proqramında Hüseyn İbrahim Tahanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu