Lukaşenko Polşa və Litvaya xəbərdarlıq etdi


Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin qərb sərhədlərində keçid məntəqələrinin bağlanmasını iqtisadi təxribat adlandırıb.


AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, Lukaşenko bu hərəkətlərə cavab hazırlandığını bildirib. “Polşa və Litvanın necə davrandığını görürsünüz. Hələlik iqtisadi baxımdan daim təxribat aparırlar. Məsuliyyəti mənim üzərimə yükləmək istəyirlər. Ona görə də keçid məntəqələrini bağladılar. Bu nədir? Deməli, ticarət yoxdur, iqtisadiyyat yoxdur. Bu, iqtisadi təxribatdır. İndi də tədricən bu təxribatları təşkil edirlər. Sadəcə bizi təxribata çəkirlər. Hələlik buna necə cavab verəcəyimizi düşünürük. Qərarlar qəbul etmişik, əvvəlcə yumşaq cavab veriləcək. Əgər başa düşməsələr, sərt variantlara əl atacağıq. Bunun üçün bizim kifayət qədər təsir rıçaqlarımız var”, - deyə prezident vurğulayıb.

“Biz hətta Minsk yaxınlığındakı sərhəd ilə məktəbdə xəritələr çəkmələrinə göz yumduq. Onlar Baltikdən Qara dənizə qədər öz hökmranlıqlarını xəyal edirlər”, - deyən Lukaşenko əlavə edib ki, təkcə Belarus deyil, digər dövlətlər də məsələnin belə formalaşdırılması ilə razılaşmayacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu