Seçki dövrü Belarus üçün çətin keçəcək - Lukaşenko


Parlament və prezident seçkiləri dövrü Belarus üçün asan olmayacaq, çünki Qərb buna hazırlaşır.


Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

“Fevralda olacaq parlament seçkiləri ərəfəsində bizi necə sıxışdırmağa çalışırlar görürük. Eləcə də parlament seçkilərindən bir il sonra prezident seçkiləri keçiriləcək. Bizi çətin dövr gözləyir və qərblilər buna hazırlaşırlar. Biz bunu görürük və istənilən ssenariyə hazırıq” - deyə Lukaşenko bildirib.

Belarusda 2024-cü il fevralın 25-də ölkə tarixində ilk dəfə parlament və yerli seçkilərdə səsvermə keçirilməlidir. Prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu