Lukaşenko seçkidə iştirak edəcəyini açıqlayıb


Belarus prezidenti Aleksandr Lukaşenko növbəti prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.



Belə ki, fevralın 25-də o, parlament və yerli şuralara seçkilərdə səs verdikdən sonra seçki məntəqəsində jurnalistin müvafiq sualını cavablandırıb.

Belarus lideri ölkəsindəki hakimiyyətin opponentlərinin onun devrilməsi variantlarının heç birini həyata keçirə bilməyəcəyinə işarə edib.

Onun sözlərinə görə, Belarus rəhbərliyi keçmiş səhvlərindən nəticə çıxarmağı bilir.


“Onlar sizi, məni və cəmiyyəti nə qədər çox vurğulasalar, mən bu seçkilərə bir o qədər tez gedəcəm. Ona görə də narahat olmayın, biz Belarus üçün nə lazımdırsa, elə edəcəyik”, - deyə Lukaşenko qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu