Avropa Parlamenti Navalnını azadlığa buraxmağı tələb edir
Avropa Parlamenti Rusiya əleyhinə qəbul etdiyi bugünkü qətnamədə Moskvadan müxalifət lideri Aleksey Navalnını azadlığa buraxmağı tələb edib.
AFN.az xəbər verir ki, avropalı deputatlar qeyd ediblər ki, Aleksey Navalnı həbsxanada psixoloji təzyiq, pis rəftarla üzləşib, həmçinin son səkkiz ay ərzində görüşlərdən məhrum edilib.
Qətnamədə Navalnının xəstəxanada tibbi müayinədən keçirilməsi, istintaq təcridxanasına köçürülməsi, ailəsinə və vəkillərinə onunla görüşə icazə verilməsinin vacibliyi qeyd edilir.