Navalnının qardaşı ev dustaqlığına buraxıldı
Moskvanın Tversk rayon məhkəməsi müxalifət lideri Aleksey Navalnının qardaşı Oleq Navalnını ev dustaqlığına buraxıb.
Ona qarşı sanitar-epidemioloji normaları pozaraq sosial şəbəkə vasitəsilə insanları mitinqə çağırmaq ittihamı irəli sürülüb.
Navalnının qardaşı martın 23-dək ev dustağı olacaq.