Zelenski: "Rusiya yaxın aylarda məğlub olacaq"


Ukrayna prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransının açılışında çıxış edib.


AFN.az xəbər verir ki, o, müttəfiqləri Kiyevə kömək etməyə tələsməyə çağırıb və Rusiyanı Bibliyadakı Qoliafla müqayisə edib. Prezident Zelenski qətiyyətlə Rusiyanın yaxın aylarda ölkəsinə qarşı müharibədə məğlub olacağına ümid etdiyini bəyan edib. O, iştirakçılara videomüraciətində "Qoliaf" artıq uduzmağa başlayıb. "Qoliaf" bu il mütləq yıxılacaq" - deyib.
Zelenski ölkəsini rus "Qoliaf"ına qarşı vuruşmalı olan "Bibliya"dakı Davidlə müqayisə edib.
Zelenski Qərb dövlətlərinə Rusiya təcavüzü ilə mübarizədə hərbi yardıma görə təşəkkür edib: "Qələbəmizin alternativi yoxdur və qətiyyətimizin alternativi də olmamalıdır” - deyən Ukrayna prezidenti hesab edir ki, silahların tədarükü hələ də kifayət qədər sürətlə aparılmayıb: "İndi Putin öz aqressiyası üçün vaxt qazanmağa çalışır. O, hələ də bir çox həyatı məhv edə bilər. Ona görə də biz tələsməliyik. Həyatımız bundan asılıdır".

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu