Cozep Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib


Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel İranı Rusiyaya kömək etməyi dayandırmağa çağırıb.


AFN.az xəbr verir ki, bu barədə Cozep Borrel və İranın xarici işlər nazir Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı qeyd edilib.

"Mən İranın hərəkətləri ilə bağlı Aİ-nin mövqeyini bir daha diqqətə çatdırdım: insan haqlarının pozulmasını dayandırın, Rusiyanın təcavüzkar müharibəsinə dəstəyinizi dayandırın və Aİ ölkələri vətəndaşlarının qeyri-qanuni saxlanılmasını dayandırın" - deyə Aİ-nin Ali Nümayəndəsi "Twitter" hesabında bildirib.

Cozep Borrel danışıq zamanı İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının vacibliyini də Hüseyn Əmir-Abdullahianın diqqətinə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu