Xameneyinin qəzeti uyğur türklərini terrorçu adlandırdı


İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneiyə birbaşa bağlı olan "Keyhan" qəzeti uyğur türklərini terrorçu adlandırıb.


İbrahim Rəisinin Çinə səfəri zamanı uyğur müsəlmanlarına qarşı repressiyalara toxunmaması barədə tənqidlərə cavab olaraq “Keyhan” belə yazıb: “Onlar terror qrupudurlar və İngiltərə, Amerika, İsraillə əlaqəlidirlər”.
Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneyinin göstərişi ilə bu vəzifəyə təyin olunub.
Burada gedən yazılar Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu