Muxtar Babayev Əlcəzairin Azərbaycandakı səfiri ilə görüşüb
Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Əlcəzair arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.