Muxtar Babayev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb


Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Tacikistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya” çərçivəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu