Qərb Putinin nüvə sazişi ilə bağlı qərarını pislədi


ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiya prezidenti Vladimir Putinin Moskvanın Vaşinqtonla Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsində iştirakını dayandıracağı ilə bağlı bəyanatını dəyərləndirib.


AFN.az xəbər verir ki, Blinken bunu "kədərli və məsuliyyətsiz addım" adlandırıb. Dövlət katibinin sözlərinə görə, ABŞ Rusiyanın real hərəkətlərini diqqətlə izləyəcək. Eləcə də, ABŞ özünün və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır. Blinken onu da bildirib ki, ABŞ hər an Rusiya ilə silahların məhdudlaşdırılması ilə bağlı danışıqlara qayıtmağa hazırdır.
Putinin bəyanatını NATO-nun baş katibi Yens Stoltenberq də pisləyib. Onun sözlərinə görə, Rusiya beynəlxalq təhlükəsizliyin arxitekturasını qəsdən məhv edir.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə komissarı Cozef Borel bildirib ki, Moskva Soyuq Müharibədən sonrakı təhlükəsizlik sistemini ləğv edir. Putin çıxışında Qərbin ünvanına oxşar ittihamlar səsləndirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu