Çin Prezidenti Rusiyaya gəlir - Nüvə qərarı narahatlıq doğurub


Çin prezidenti Si Tsinpin Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəyə başlamasından sonra ilk dəfə Moskvaya səfər etməyi planlaşdırır.


“Amerika Prezidenti Co Bayden Varşavada Ukraynaya dəstəyini açıqlasa da, ABŞ rəsmiləri Çinin Rusiyaya öldürücü dəstək verə biləcəyindən qorxdular”,- AFN.az xəbər verir ki, “Forbes”jurnalı belə yazıb. Məlumatlı mənbələr nəşrə bildirib ki, Çin Ukraynada müharibəyə son qoymaq üçün çoxtərəfli razılaşmaların əldə edilməsində vasitəçilik etmək niyyətindədir.
Pekinin Kremli Ukraynada nüvə silahından istifadə etməməyə inandırmaq niyyətində olduğu bildirilir.
Xəbər Rusiya Prezidenti Vladimir Putinin Moskvanın ABŞ ilə Strateji Silahların Azaldılmasına dair Müqavilədə iştirakını dayandıracağı və yeni yerüstü nüvə silahlarını döyüş növbətçiliyinə yerləşdirəcəyini elan etməsindən bir neçə saat sonraya təsadüf edir.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Çinin Rusiya silahlı qüvvələrinə öldürücü silahlar verməyi nəzərdən keçirməsindən narahatlığını ifadə edib. “Bu, Pekinin müharibəni bitirmək üçün müstəqil vasitəçilik” təklifi ilə eyni vaxtda baş verir”-Blinken CBS telekanalına müsahibəsində belə deyib. Onun sözlərinə görə, Rusiya qoşunlarına istənilən miqdarda öldürücü yardım ABŞ və Çin arasında münasibətlərdə ciddi problemlərə gətirib çıxaracaq.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu