Pələngin hücumuna məruz qalan ovçunun qolu amputasiya edilib


Rusiyanın Xabarovsk vilayətində pələngin hücumuna məruz qalan 19 yaşlı ovçunun sol qolu amputasiya edilib.


AFN.az gazeta.ru-ya istinadən xəbər verir ki, həkimlər gəncin vəziyyətinin çox ağır olduğunu bildiriblər.

Hadisə rayonun Arsenyevo kəndi yaxınlığında baş verib. Ac pələng qış daxmasının pəncərəsindən insanlara hücum edib. Yırtıcı 19 yaşlı Udege Sergeyin üzərinə atılıb. Sergeyin ov yoldaşı pələngə atəş açaraq onu xilas edib, vəhşi yerindəcə ölüb. Əlverişsiz hava şəraiti səbəbindən helikopter qəza yerinə vaxtında gələ bilməyib. Yaralı evakuasiya edilməzdən əvvəl iki gün meşədə qalaraq çox qan itirib.

Artıq ikinci həftədir ki, ovçu rayon klinik xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər onun yarasına infeksiya düşdüyünü bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu