“Bakı gecələri”nin qarşısında ərini ürəyindən bıçaqladı


Abşeron rayonu, Xırdalan şəhərində qadın ərini bıçaqlayıb.


“Qafqazinfo”nun məlumatına görə, gecə saat 00:40 radələrində “Bakı Gecələri” restoranının qarşısında Ş.Baxşıyeva həyat yoldaşı K.Babayevə bıçaqla ağır xəsarət yetirib. Ürək nahiyəsindən xəsarət alan kişi xəstəxanaya çatdırılıb.

Xəbərləri feysbuk səhifəmizdən izləyin!

İlkin araşdırmalar sonra hadisənin ər və arvadı arasındakı pul mübahisəsinə görə baş verməsi müəyyən edilib.

Ş.Baxşıyeva saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu