Azərbaycan nümayəndəsi NATO Baş katibinin köməkçisini regiondakı vəziyyət barədə məlumatlandırıb


Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin müdafiə sahəsinə investisiyalar üzrə köməkçisi Vendi Gilmurla görüşüb.


"AFN.az" xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviterdə bildirib.

"Biz NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Şərq və Qərb arasında əlaqələnmədə rolu, eləcə də regionumuzdakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi haqqında yaxşı müzakirələr apardıq", - paylaşımda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu