Lavrov gəlir: danışıqlar masasında hansı mövzular olacaq?


Xəbər verildiyi kimi, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük rəsmi səfəri başlayır. Politoloqların və siyasi şərhçilərin səfərlə bağlı rəyləri müxtəlifdir.


"Lavrovun budəfəki səfəri iki kontekstə diqqət çəkir: regiondakı siyasi mənzərə dəyişib və Ermənistanla Rusiya arasında soyuq küləklər əsir; səfər ənənəvi Bakı-İrəvan xəttində deyil, Moskva-Bakı xəttində planlaşdırılır" - AFN.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Lavrovun səfərini şərh edərkən belə deyib. Onun sözlərinə görə, hazırda Rusiya üçün Cənubi Qafqazda risklər var: "Birincisi, Ermənistanın Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi siyasi balansa və rusların maraqlarına risklər yaradıb. İkincisi, Qərb Bakı-İrəvan münasibətlərində vasitəçiliyini xüsusilə Ermənistan üzərindən aktivləşdirir.
Bu vəziyyətdə Moskva Bakıya həm bölgədə, həm də “vasitəçilik missiyası”nda balansı qoruya biləcək həlledici oyunçu olaraq baxır. Lavrovun səfəri də Rusiya üçün yaranmış riskləri yerində müzakirə etmək məqsədi daşıyır. Hərçənd, Moskva üçtərəfli razılaşmaların icrasında ən azı praktiki addım atmalı və balansı qoruması üçün Bakıya nəsə verməlidir".

Analitik yazar Müşfiq Abdulla isə hesab edir ki, Rusiya Azərbaycana istədiyinin bir qismini verib: "Vardanyanın "vurulması" danışıqlarda moderatorluğu ələ almaq istəyən Kremlin həm Bakıya, həm də İrəvana güzəşti idi. Amma Azərbaycanın tələbi tam yerinə yeyirilməyib. Vardanyan hələ Qarabağdadır. Üstəlik, çox güman ki, Azərbaycan ikinci şərtini - Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması tələbini Lavrovla danışıqlar masasına çıxaracaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu