Belarus 1 milyon silah və raket alıb


“Rusiya İttifaq dövlətinin regional qoşun qruplaşmasının Belarus hissəsinin maraqları naminə Minski hərbi texnika ilə təchiz etməyə davam edəcək”.


AFN.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko hüquq-mühafizə orqanlarının ehtiyacları üçün hərbi məhsulların alınmasının maliyyələşdirilməsinə dair iclasda belə deyib.
“Su-30SM” təyyarələri, “Mi-35M” helikopterləri, zirehli transportyorlar, eləcə də digər silahlar, raketlər və sursatlar gətiriləcək” - deyə Lukaşenko bildirib.
O qeyd edib ki, İttifaq dövlətinin qoşunlarının regional qrupunun Belarus hissəsini təchiz etmək üçün Rusiya tərəfi artıq Minski lazımi raket kompleksləri və “İsgəndər” operativ-taktiki raket kompleksi ilə təchiz edib. “S-400” uzaqmənzilli zenit-raket kompleksi də təhvil verildi... Bu, nəhəng silahdır” - deyə Belarus Prezidenti əlavə edib.
Onun sözlərinə görə, Belarus dövlət silahlanma proqramı çərçivəsində “Tor” zenit-raket kompleksinin akkumulyatoru, tank əleyhinə idarə olunan raketlər, minaatanlar, reaktiv piyada alov atıcıları, 830 mindən çox müxtəlif çaplı döyüş sursatları alınıb ki, onların da sayı 1 milyona yaxındır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu