Ukrayna DİN: "Kiyevə raketlər Belarus ərazisindən atılıb"


Ukraynanın paytaxtı Kiyev şəhərinə raket zərbələrinin Belarus ərazisindən, Baranoviçi şəhərindən endirilməsi barədə məlumatlar var.

“Report” xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşinko tviterdə yazıb.

O bildirib ki, bu hələ ki, ehtimaldır: “Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarı Vladimir Putin kimi hərbi cinayətkardır və o, da məsuliyyət daşıyacaq”.

A.Geraşinko söyləyib ki, Rusiya bu dəfəki hava hücumu zamanı kritik infrastruktur obyektləri vurub: "18 fərdi evə ziyan dəyib. Xilasedicilər hadisə yerində çalışırlar".

İlkin məlumata görə, itki yoxdur.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu