Dronlar Rusiyanın neft anbarına və kazarmasına hücum edib
Rusiyanın Krasnodar vilayətinin Tuapse rayonunda “Rosneft” neft bazasında güclü yanğın baş verib. Hadisə şahidləri partlayışlar barədə məlumat veriblər.
"ASTRA" telegram kanalının xəbərinə görə, neft anbarının yanında rus hərbçilərinin olduğu kazarma olub. Mənbələr neft bazasının ərazisində 2 naməlum təyyarənin partladığını xəbər verir.
Eyni zamanda yerli hakimiyyət orqanları narahatlığa heç bir əsasın olmadığını bildirib.
"Bu gecə saat 02:15-də Tuapse şəhərinin "İndustrialnaya" küçəsində yerləşən neft bazasının ərazisində ticarət obyektində yanğın olması barədə məlumat daxil olub. Saat 03:00-da yanğın tam söndürülüb. Yanğın 200 kv.m sahədə lokallaşşdırılıb. Yanğının söndürülməsinə Rusiya Yanğından Mahafizə Xidmətinin qüvvə və vasitələri, 32 nəfər əməkdaşı və 11 texnikası cəlb edilib. Neft çənlərinə zərər dəyməyib, neft məhsullarının dağılması olmayıb və zərərçəkən olmayıb”.
Rayon rəhbərliyi saxta məlumatları yayanların cəzalandırılacağını bildirib.
M.Vahidl