Putin ABŞ-la nüvə müqaviləsinə xitam verdi
![](/uploads/posts/2023-02/1677602593_absrus.jpg)
Prezident Vladimir Putin Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb.
AFN.az xatırladır ki, qanun Rusiya Federasiyasının Dövlət Duması tərəfindən bu il fevralın 22-də qəbul edilib. Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Sənədin mətnində qeyd edilir ki, Rusiyanın SHSM-nin şərtlərinə əməl etməsini bərpa etmək qərarı prezident tərəfindən verilə bilər.
M.Vahidli