Ukrayna BMT və Türkiyəni taxıl sazişinin müddətinin uzadılması ilə bağlı danışıqlar aparmağa çağırıb


Ukrayna taxıl ixracı üzrə sazişin müddətinin uzadılması ilə bağlı danışıqlara başlamaq çağırışı ilə Türkiyə və BMT-yə müraciətlər göndərib


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, müraciətə hələ də cavab verilməyib. Bu haqda agentliyə müsahibəsində Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib. Vaskovun sözlərinə görə, sorğular ötən həftə göndərilib. Ukrayna müqaviləni ən azı bir il uzatmaq istəyir.

BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü Ukraynaya 2022-ci ilin iyulunda 3 Ukrayna limanından taxıl ixrac etməyə başlamağa icazə verib. Müqavilə artıq 2022-ci ilin noyabrında yenilənib və martın 18-də başa çatır. "Biz bu məsələ ilə məşğul olmaq üçün məktub göndərdik, çünki martın 18-i çox yaxındadır, lakin hələlik heç bir rəy almamışıq" - deyə Vaskov qeyd edib. Ukraynalı nazir əlavə edib ki, Odessa vilayətinin limanlarından ayda 6 milyon ton taxıl ixrac etmək, Nikolayev limanları proqrama daxil edilərsə, bu rəqəmi 8 milyon tona çatdırmaq tamamilə mümkündür.

"Reuters" agentliyinin dəniz sığorta sənayesindəki mənbələri bildiriblər ki, Nikolayevin proqrama qoşulması Ukraynanın bir neçə limanında qapalı qalan 60-a yaxın xarici gəminin buraxılmasını sürətləndirəcək. Göndərmə problemləri üzrə mütəxəssislərin fikrincə, təkcə Nikolaevdə təxminən 26 gəmi ilişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu