Ukrayna taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqlara başlayıb


Ukrayna Qara dəniz Taxıl Təşəbbüsünün uzadılmasına dair tərəfdaşlarla müzakirələrə başlayıb.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" bildirib. "Ukrayna Qara dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi üçün tərəfdaşlarla onlayn danışıqlara başlayıb. Bu, Kiyevin dünya bazarlarına taxıl tədarükünü davam etdirə bilməsini təmin etmək məqsədi daşıyır", - deyə Ukrayna hökumətindəki yüksək vəzifəli mənbə bildirib.

Mənbə həmçinin "Reuters"ə bildirib ki, Ukrayna Qara dəniz limanlarını bağlayan Rusiya ilə danışıqlar aparmayıb. "Kiyev tərəfdaşlarının Moskva ilə danışdığını başa düşür. Danışıqlarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. İndi çox şey bizdən deyil, tərəfdaşlardan asılıdır", - deyə mənbə əlavə edib.

Taxıl müqaviləsinin müddəti 2023-cü il martın 18-də başa çatır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu