Nikol Paşinyan Almaniyaya gedib


Ermənistanın baş naziri Nikol Paşinyan martın 2-də Almaniyaya işgüzar səfərə gedib.


“Report” “Aysor”a istinadən xəbər verir ki, o, Almaniya kansleri Olaf Şolts, ölkə Prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcək.

Hökumət başçısı Almaniyanın Beynəlxalq Münasibətlər Şurasına baş çəkəcək.

Martın 3-dək davam edəcək səfər zamanı onun başqa görüşlər keçirəcəyi də gözlənilir.

Səfərdə N.Paşinyanı həyat yoldaşı Anna Akopyan müşaiyət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu