Kadırov: "Xüsusi əməliyyat zonasında yeni Rusiya yaranır"


Çeçenistan rəhbəri Ramzan Kadırov dünyada baş verən hadisələri şərh edərkən bildirib ki, xüsusi hərbi əməliyyat zonasında “indi yeni Rusiya yaranır – qorxmaz döyüşçü-qəhrəmanlar və fədakar əməkçilər ölkəsi”.


"Baş verənlərə verdiyim qiymət ilk baxışda bəzi insanları təəccübləndirə və ya şoka sala bilər, lakin indi həqiqətən xoşbəxt vaxtdır", - Kadırov Telegram kanalında bildirib.

Kadırov RF prezidenti Putini bütün sağlam bəşəriyyətin xilaskarı adlandıraraq yazıb ki, o, yeni Rusiya Federasiyasının yaradıcısıdır.

Kadırov yazır: “Burada (müharibə zonasında) rus xalqının rəhbərlik etdiyi həmin icma formalaşır, onun qüdrətli çiyinlərində unikal güc qurulacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu