Kadırov çeçen döyüşçülərinin Maryinski istiqamətindəki uğurlarından danışıb


"Çeçen döyüşçüləri Ukrayna Silahlı Qüvvələrini (APU) Maryinsk istiqamətində fəal şəkildə sıxışdırırlar".


AFN.az xəbər verir ki, belə bir iddia ilə Çeçenistan prezidenti Ramzan Kadırov çıxış edib. Bu barədə o, telegram kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya ordusu Xerson və Zaporojye vilayətlərində, həmçinin Luqansk və Donetskdə irəliləyiş əldə edir. "Döyüşçülərimiz Maryinski istiqamətində düşməni fəal şəkildə darmadağın edir", - deyə Kadırov vurğulayıb. O, əlavə edib ki, çeçen hərbçiləri Belqorod vilayətində sərhədyanı ərazilərin mühafizəsində iştirak edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu